Ölkə futbolu
“Səbail”də rəhbərlik dəyişəcək: “Mahmud Qurbanovla birlikdə səni də qovmalıydım”
Yayda “Səbail”də dəyişikliklər olacaq. Bayıl təmsilçisi hətta Premyer Liqada qalmağı təmin etsə də, klub rəhbərliyi islahatlara əl atacaq.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Şahin Diniyev heyətə ciddi əl gəzdirəcək. Rəhbərlik ona komandanı əhəmiyyətli şəkildə gücləndirməyə imkan verən büdcə ayırmaq niyyətindədir. Təcrübəli mütəxəssis artıq indidən yeni oyunçularla bağlı planlaşdırma aparır.
“Qəbələ”dən İsnik Alimi və Məqsəd İsayev, “Kəpəz”dən Ahmed Ayzaya, “Zirə”dən Coşqun Diniyevlə Sərtan Taşkın “Səbail”in əsas hədəfləridir. Misli Premyer Liqasında çıxış edən daha bir neçə futbolçunu gözaltı edən Diniyev “Qarabağ”da heyətə düşə bilməyən İsmayıl İbrahimlini də yanında görmək istəyir. Yerli bazarda işlər tamamlıqdan sonra “dənizçilər”, problemli mövqelərə ölkə xaricindən oyunçu axtaracaq.
Təbii ki, bütün bunları reallaşdırmaq üçün öncə Premyer Liqada qlmaq lazımdır. Komanda Diviziona yuvarlansa, ASCO sponsorluqdan imtina edə və klub AFFA-nın ayırdığı yardıma möhtac qala bilər. Klubun bu vəziyyətə düşməsində birbaşa günahkar bilinən Fərəc Əliyev məhz bu üzdən yayda postundan qovulacaq. İcraçı direktor klubun əsas sponsoru Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyinin etimadını itirib.
Təsadüfi deyil, yaxınlarda klubdaxili iclasda ASCO-nun sədri Rauf Vəliyev icraçı direktoru danlayıb. “Qışda baş məşqçi Mahmud Qurbanovla birlikdə səni də qovmalıydım” deyən Vəliyev yayda atacağı addımın anonsunu verib. “Səbail” Diviziona düşsə, klubun taleyi ümumiyyətlə, qaranlıq olacaq, Premyer Liqada qalsa, Fərəc Əliyev iş başında olmayacaq. O, gətirdiyi bütün kadrlarla birlikdə yola salınacaq.
AĞA
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”