Ölkə futbolu
“Səbail”ə yardım etdi, mövsümün sonunadək cəzalandı
AFFA Hakimər Komitəsi son qalmaqallara səbəbkar olan referilərdən birini cəzalandırıb. Qurum hakimlərə verilən cəzaları daim gizli saxlayır, rəsmən açıqlamır, lakin haqqında ciddi ölçü götürülənlərlə bağlı xəbərlər mətbuata sızır.
Futbolinfo.az saytının əldə etdiyi bilgiyə görə, “Səbail” – “Zirə” matçının nəticəsinə təsir edən, son dəqiqələrdə qonaqların qapısına aşkar penaltini hətta VAR yoxlamasından sonra da təyin etməyən baş hakim Fərid Hacıyev üçün mövsüm bitib. Komitə rəhbərliyi ona cari çempionatın bitiminədək Premyer Liqada təyinat verməyəcək. Onun aşağı liqalara, ona da yalnız bir müddət sonra təyinat alması mümkündür.
Maraqlıdır ki, yanvarın 22-də Bayılda baş tutan görüşün VAR hakimi İnqilab Məmmədov 20-ci turda və kubokun 1/4 final matçında iş başında olub. Bu isə o deməkdir ki, səhv qərar birbaşa Hacıyevin olub, ona görə də cəza yalnız ona şamil olunub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd