Ölkə futbolu
“Səbail” Premyer Liqanın ən zəif komandasıdır” – Veşoviç
“Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”.
Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın monteneqrolu futbolçusu Marko Veşoviç Polşa mətbuatına açıqlamasında yerli “Legiya” ilə yoxlama görüşü keçirən paytaxt klubu haqqında danışarkən deyib.
32 yaşlı müdafiəçi Türkiyədəki təlim-məşq toplanışı zamanı sabiq komandası olan Varşava təmsilçisinin düşərgəsini ziyarət edib. Veşoviç Azərbaycan Premyer Liqası ilə bağlı danışarkən turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan “Qarabağ”, “Sabah” və “Neftçi”ni fərqləndirib: “Orada yalnız ilk üç yerdəki komandaların çox pulu var”.
“Səbail”lə “Legiya” arasında keçirilən yoxlama görüşü 2:2 hesabı ilə başa çatıb. “Dənizçilər” hazırda Premyer Liqanın turnir cədvəlində sonuncu pillədədir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”