Ölkə futbolu
“Səbail” Ruslan Qafitullinlə vidalaşdı
“Səbail”in əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Ruslan Qafitullin vəzifəsindən ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2018-ci ildən etibarən “Səbail”in U-17 və U-19 komandalarında, 2021-ci ildən etibarən isə “Səbail-2”də baş məşqçi vazifəsində çalışan Ruslan Qafitullinin klub ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub.
“Səbail” Qafitullinə klubun kollektivi adından təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
“Səbail”in əvəzedicilərinin yeni baş məşqçisi də müəyyənləşib. Bundan sonra sözügedən komandanı “Səbail-2”də köməkçi məşqçi vəzifəsində çalışan Səbuhi Həsənov çalışdıracaq. O, 2021-ci ilin dekabr ayının sonunadək komandanın baş məşqçisi vəzifəsini icra edəcək.
Qeyd edək ki, Səbuhi Həsənov 2018-ci ildən etibarən “Səbail”in U-13 və U-15 yaş qruplarında baş məşqçi, U-19 və “Səbail-2” komandalarında isə köməkçi məşqçi vəzifələrində çalışırdı.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı