Ölkə futbolu
“Səbail”dən Polşa klubu ilə heç-heçə
Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” komandası hazırlıq çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “dənizçilər”in rəqibi Varşavanın “Legiya” komandası olub.
“Cornelia Diamomd” kompleksinin meydançasında baş tutan görüş məhsuldar alınıb. Yekunda “Səbail” Polşa klubu ilə oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Bakı təmsilçisinin heyətində Qustavo de Fransa (8) və Mirabdulla Abbasov (87) fərqlənib.
Bu oyun dekabrın sonunda “Səbail”ə baş məşqçi təyin olunan Şahin Diniyev üçün də əlamətdar olub. O, yeni komandasında qeyri-rəsmi də olsa, debüt edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub