Digər
Şəhriyar Məmmədyarov – 8 xalla 7-ci, 7 xalla 8-ci
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş “Grand Chess Tour” turnirinin mərhələ yarışından sonra ümumi sıralamadakı yeri məlum olub. 37 yaşlı qrossmeyster rapid turnirində 8 xalla 7-ci, blits turnirində isə 7 xalla 8-ci olub.
Ümumi turnirin gedişatına əsasən onun xalı 3,5 olub. Rumıniyada keçirilmiş turnirdə də 1,5 xal toplanış Məmmədyarov bununla da ümumi xal ehtiyatını 5-ə yüksəldib. Bu nəticə ilə o, Yorden fan Foreestlə (Niderland) birgə 13-cü sıradadır.
Növbəti mərhələ yarışı 24-31 avqust tarixlərində ABŞ-ın Seynt Luis şəhərində keçiriləcək. Həmin turnirdə də rapid və blits oynanılacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”