Ölkə futbolu
Səmədov elitada qalacaqlarına əmindir: “Son 4 tur çox çətin keçəcək”
“Bu oyunda sadəcə, 3 xal qazanmaq haqqında düşünürük. Fikrimiz qələbədədir. Bunun üçün oynayacağıq”. Bunu futbolinfo.az-a açıqlamasında “Şamaxı”nın yarımmüdafiəçisi Əli Səmədov deyib.
Futbolçu Misli Premyer Liqasının 33-cü turunda “Zirə”yə qarşı evdə keçirəcəkləri matçdan danışıb. Səmədov komandanın çempionada yerini qoruyacağından əmin olduğunu bildirib: “Səbail”lə birlikdə təhlükəli zonadayıq. Əminəm ki, liqada qalacağıq. Son 4 tur çox çətin keçəcək. Bizi gərgin oyunlar gözləyir. Rəqiblərimiz çətindir və bu matçlardan xallarla ayrılmalıyıq. Tam olaraq buna köklənmişik”.
25 yaşlı oyunçu aşağı pillələrdə daha gərgin mübarizənin getdiyini də sözlərinə əlavə edib: “Yuxarı pillələrdə demək olar ki, ilk “3-lük” bəllidir. Bir az 4-cü yer uğrunda mübarizə var. Amma aşağı pillələrdə Premyer Liqada qalmaq üçün maraqlı və gərgin oyunlar keçir”.
Səmədov “Kəpəz”lə arasında artıq heç bir problem olmadığını düşünür: “Orda baş verən hər şey geridə qaldı və aramızda problem yoxdur. “Şamaxı”da da hər şey qaydasındadır. Gələcəkdə burada qalacam, yoxsa gedəcəm – onu zaman göstərəcək”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”