Digər idman növləri
“Sərhədçi” üçüncü qələbəsini qazandı
“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında altıncı tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Sabah” və “Sərhədçi” komandaları üz-üzə gəlib.
Görüşdə “Sərhədçi” klubu rəqibinə 91:84 hesabı ilə yenərək çempionatda üçüncü qələbəsini qazanıb.
Matçda ən məhsuldar basketbolçular – “Sabah”dan Kristiyan Roler (18 xal, 10 ribaund), “Sərhədçi”dən isə Maksvel Starvud (23 xal, 6 ribaund) olublar.
Turun növbəti oyunları NTD – “Gəncə”, “Zirvə Astara” – “Neftçi”, “AAAF Xırdalan” – “Olimpik Şəki” müvafiq olaraq noyabrın 19-da və 20-də keçiriləcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı