Bizi izləyin

Ölkə futbolu

Şəxsi maraqlar üzündən reallaşan təxribat, yoxsa məsuliyyətsizlik : “Qarabağ”ın oyunu niyə yayımlanmadı?

blank
blank

Avropa Liqasının pley-off mərhələsində baş tutan “Olimpiya” – “Qarabağ” oyunu Azərbaycanda yayımlanmadı. Sloveniyadakı ilk görüşü ekrana gətirməli olan “İdman TV” yalnız son 20 dəqiqəni təqdim edə bildi.

Günlərdir bu məsələ ciddi müzakirə edilir, telekanal tənqid olunur. Qarşı tərəf isə heç bir açıqlama vermir. Halbuki “İdman TV” problemin nədən qaynaqlandığını bildirməli, günahı varsa, üzr istəməli, yoxdursa, səbələri göstərməlidir.

Məsələ ilə bağlı “İdman TV”-nin direktoru Rövşən Binnətli ilə əlaqə saxladıq. Qısa açıqlama verməyi məqsədəuyğun sayan telekanal rəsmisi məsələ ilə bağlı araşdırma bitdikdən sonra daha geniş məlumat verəcəklərini bildirdi: “Avropa Liqasının pley-off mərhələsinin Sloveniyada keçirilən “Olimpiya” – “Qarabağ” görüşünün yayımı zamanı yaranmış problemlə bağlı onu deyə bilərəm ki, məsələ ciddi şəkildə araşdırılır. Bu mövzuda fikir bildirən əksəriyyətdən fərqli olaraq indilikdə, yəni araşdırmanın nəticəsi olmadan dəqiq nəsə deyə, kimisə ittiham edə bilmərəm. Dəqiq deyə biləcəyim yalnız bir məqam var. Bu da ondan ibarətdir ki, mənə görə, baş verənlər təbii yaranan problemə bənzəmir”.

blank

Rövşən bəy bu yayımın baş tutmasında ən çox maraqlı olan şəxs olduğunu bildirdi. Lakin o, özlərindən asılı olmayan səbəblərdən əngəllərlə üzləşdiyini söylədi. Konkret detallara isə telekanal daxilində rəhbərlik səviyyəsində görüşdən, eyni zamanda aparılan araşdırma başa çatdıqdan sonra məlumat verə biləcəyini diqqətə çatdırdı.

Binnətli oyunun son 20 dəqiqəsinin yayımının təşkilinin öz səyləri hesabına reallaşdığını, əlavə xərc çəkdiklərini, Sloveniyadan heç bir siqnal almadıqlarını dedi. Qarşı tərəf hətta test yayımına belə imkan yaratmayıb və bunun hələ açıqlanması məsləhət bilinməyən səbəbləri var, araşdırma yekunlaşandan sonra bütün detallar gün işığına çıxacaq.

Baş tutmayan yayımla bağlı redaksiyamıza da maraqlı informasiyalar daxil olub. Rövşən bəy susqunluğunu qorumağı lazım bildi, bu yöndə suallarımıza araşdırma bitdikdən sonra cavab verəcəyini söylədi. Amma biz hətta dövlət telekanalına (deməli, həm də dövlətə – red.) qarşı təxribat qoxusu gələn olayla bağlı əldə etdiyimiz bəzi bilgiləri bölüşməyi lazım bilirik.

Bəri başdan qeyd edək ki, məsələdə “Qarabağ” ın ciddi günahı yoxdur. Oyun Sloveniyada keçirildiyindən bütün danışıqlar “Olimpiya” ilə aparılıb, yayım hüququ onlarda olub. “Qarabağ” rəsmi məktub vasitəsi ilə oyunların “İdman TV”-də yayımına icazə verib, qalanını telekanal özü həll etməliymiş. Hələ HJK ilə görüşlərin yayım hüququnu əldə edərkən “İdman TV” pley-off matçlarını da yayımlamaq şərti irəli sürüb və Ağdam klubu rəsmiləri bununla razılaşıbmış.

Telekanal rəhbərliyinin də müəyyən günahları var. Belə ki, oyunun yayımlanması ilə bağlı müəyyən hüquqi prosedurları keçmək, müqavilələri rəsmiləşdirmək lazımdır. “İdman TV” isə müqaviləni rəsmiləşdirməyib, amma qarşılıqlı yazışmalar olub və indiki zamanda bütün bunlar da əsaslı sənəd sayılır. Necə ki, əvvəllər proseslər məhz belə cərəyan edib, HJK ilə oyunların yayımı zamanı da Finlandiya tərəfi ilə eyni şərtlər altında razılaşma əldə edilib.

Düzdür, finlər yalnız internet üzərindən yayıma icazə vermişdi və bu səbəbdən HJK ilə matçın əvvəlində müəyyən problemlər ortaya çıxdı, daha sonra isə qüsur aradan qaldırıldı. “Olimpiya” ilə görüşdə isə qarşı tərəf siqnal ötürməyi vəd edibmiş.

Oyunlar arasında zamanın az olması sənədləşmə məsələlərini yekunlaşdırmağa mane ola bilər. Lakin məhz belə problemlərdən qaçmaq üçün “İdman TV” daha diqqətli olmalı idi. Zaman göstərdi ki, problem yaratmaq istəyənlər bu kimi məqamlardan istifadə edə bilir. Kəsəsi, “İdman TV” tam günahsız deyil, hüquqi prosedurlarda müəyyən boşluqlar buraxıblar və bundan işbazlar istifadə edib.

Lakin olayın çox ilginc tərəfləri var. Yayım məsələsində elə şəxslər ortaya çıxıb ki, bu, düşünmək üçün əlavə material verir. “İdman TV” suallarımıza cavabı gecikdirdiyi, araşdırma bitənədək gözləmə mövqeyi tutduğu üçün kimisə ittiham etmirik, lakin bəzi qeydləri etməklə dövlət kanalına, Azərbaycana qarşı təxribat meyllərinin olduğunu vurğulamaq niyyətindəyik. Cavab qarşılaşmasının “CBC Sport”a verilməsi, proseslərdə bu telekanalın müəyyən rolu olması barədə cizgilər də var.

blank

Ən önəmli detal olaya AFFA-nın vitse-prezidenti Elxan Məmmədova yaxınlığı ilə seçilən İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadənin qarışmasıdır. Bu şəxsin “İdman TV”-yə zəng vuraraq yayım hüququnun yaxın adamında (!) olmasını bildirməsi, hətta müəyyən məbləğlə bağlı danışması çox maraqlıdır. AFFA rəsmisi olayların içinə niyə bu qədər daxil olsun ki? Maraq nədir?

Yalnız təxmin edə bilərik ki, deməli, bu adamlar illərdi yayım məsələlərindən böyük pullar qazanıblar. Klublarımızın rəqibləri ilə müqavilələr bağlanılıb, daha sonra onlar telekanallara satılıb. Bugünə qədər matçları “CBC Sport” yayınladığından problem üzə çıxmayıb, sözügedən kanal AFFA-ya məxsus olduğundan dövlətin ayırdığı maliyyə xərclənib, pullar bir cibdən digərinə ötürülüb və heç kimin xəbəri olmayıb. Belə məqamda “İdman TV” ortaya çıxarkən isə vəziyyət dəyişib. Oyunların yayım hüququ “CBC Sport”da olmadığından, eyni “oyunları” davam etdirə bilməyiblər və qazanc əldən çıxınca ölkəyə qarşı təxribat edilib, azarkeşlərin əsəbləri ilə oynayıblar. “İdman TV”-nin hüquqi məsələlərdə boşluq buraxması ilə onların işini daha da asanlaşıb, hədəfə dövlət telekanalı gəlib.

İndi maraqlıdır, cavab oyunu Sloveniyada göstəriləcəkmi? Lyublyanalılar barter razılaşmasına əməl etməyib, ilk matçda siqnalı ötürməyib, o zaman Bakıdakı oyunu yayımlamağa görə lazım olan vəsaiti kimə və necə ödəyiblər?

Ümumiyyətlə, Tağızadənin illərdi AFFA-da göstərdiyi fəaliyyət araşdırılmalıdır. O nə iş görür, futbolumuza hansı xidmətləri var, ona “İdman TV”-yə zəng vurub onlarla razılaşmayacaqları halda oyunu yayımlaya bilməyəcəkləri barədə danışmağa ixtiyarı kim verib? Elxan bəy himayədarlarına bu qədərmi arxayındır ki, ölkəyə qarşı təxribat törətməyi, milyonlarla azarkeşi narazı salıb dövlət kanalına, dövlətə qarşı yönəltməyi özünə rəva görür?

Ümid edirik, “İdman TV” araşdırmasına tezliklə yekun vurar və bu suallara aydınlıq gətirər. Günahkarlar kimisə təmizə çıxarmaq üçün yox, məhz dövlətçilik naminə ifşa edilməlidir. Ölkənin imicinə ziyan vurmaq istəyənlər, şəxsi maraqları naminə daxili çaxnaşma yaratmağa cəhd edənlər aşkarlanmalıdır.

VÜSAL MAHMUDOV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Dünya futbolu2024-05-02 12:57

Ranqnik “Bayern”dən imtina etdi

blank
Ölkə futbolu2024-05-02 12:40

“Bu qələbə komandaya özünəinam verəcək”

blank
Ölkə futbolu2024-05-02 12:31

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır

blank
Digər idman növləri2024-05-02 12:23

Sensasiyalarla zəngin Madrid turniri

blank
Digər idman növləri2024-05-02 12:04

Avroliqanın rəmzi komandası açıqlandı

blank
Digər idman növləri2024-05-02 11:49

“Fənərbağça”dan mühüm qələbə, “Real” vəsiqəni təmin etdi

blank
Ölkə futbolu2024-05-02 11:37

Bu gün Yüksək Liqada mövsümə yekun vurulur

blank
Digər idman növləri2024-05-02 11:28

Şərqdə ilk yarımfinalçı məlum oldu

blank
Ölkə futbolu2024-05-02 11:19

Avrokubok perspektivləri: klublarımızı yeni formatda nə gözləyir?

blank
Dünya futbolu2024-05-02 11:02

Ronaldo dubl etdi, “Əl Nəsr” finala yüksəldi

blank
Milli komanda2024-05-02 10:45

“Qarabağ”ın nəticələri yığmanın böyük turnirlərə adlaması üçün kifayət deyil”

blank
Dünya futbolu2024-05-02 10:27

“Parma” yenidən A Seriyasında

blank
Ölkə futbolu2024-05-02 09:55

“Qarabağ” ilk “100-lüy”ü tərk etdi

blank
Milli komanda2024-05-02 09:55

Yığmamız reytinqdə yerində qalacaq

blank
Dünya futbolu2024-05-02 09:40

“Borussiya” ÇL-ə vəsiqəni təmin etdi

blank
Milli komanda2024-05-02 09:23

Yığmamız Montoneqroda qalib oldu

blank
Dünya futbolu2024-05-02 09:08

Konfrans Liqası: Bu gün yarımfinalın ilk görüşləri baş tutacaq

blank
Dünya futbolu2024-05-02 08:51

Təbriz klubundan liderlə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 08:34

“Qarabağ” və daha 55 komanda

blank
Dünya futbolu2024-05-02 08:17

Avroliqada yarımfinalın ilk oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-05-02 08:00

Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası

blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm