Ölkə futbolu
“Sabah” avrokuboklara vəsiqəni təmin etdi
Misli Premyer Liqasının 28-ci turunda evdə “Qəbələ”ni məğlub edən “Sabah” çempionatın bitiminə 8 tur qalmış ilk üçlükdə yerini təmin edib.
Futbolinfo.az xəbər verir ki, bu, “Sabah”ın növbəti mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcəyi anlamına gəlir.
“Sabah”dan öncə “Qarabağ” da avrokuboklara vəsiqəni təmin etmişdi.
Onu da xatırladaq ki, “Sabah” tarixində ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil edəcək.
Hazırda “Qarabağ” 74 xalla vahid liderdirsə, “Sabah” 65 xalla ikincidir. “Neftçi” 57 xalla üçüncü, “Zirə” 38 xalla dördüncü, “Qəbələ” isə 36 xalla beşinci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?