Milli komanda
“Sabah bizi Azərbaycanla çətin oyun gözləyir” – Yanne Andersson
İsveç yığmasının baş məşqçisi Yanne Andersson AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə sabah keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.
Futbolinfo.az xəbər verir ki, 61 yaşlı mütəxəssis seçmə mərhələnin son matçında qələbə qazanmaq istədiklərini deyib:
“Martda Azərbaycan millisinə qarşı oynamışdıq. Birinci hissədə çətinliklə üzləşmişdik. Rəqibin müdafiə xəttini ikinci hissədə yara bildik. Sabah da bizi çətin oyun gözləyir”.
O, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hekken”lə eyni qrupda yer almalarına da münasibət bildirib: “Bütün diqqətimi milliyə yönəltdiyim üçün ətraflı məlumatım yoxdur. Onu bilirəm ki, “Qarabağ” güclü komandadır, uğurlu çıxış edir. Ümid edirəm ki, “Hakken” sonluğu uğurlu başa vuracaq”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”