Ölkə futbolu
“Sabah” “Saburtalo”ya qalib gəldi, Tiflis yığmasına uduzdu
“Sabah”ın U-17 komandası Gürcüstanın paytaxtı Tiflisdə baş tutan “LeaderBet Cup” turnirində iştirak edib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz turnir çərçivəsində 2 oyunda qüvvəsini sınayıb.
Komandamız ilk matçda Tiflisin yığma komandası ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb (1:4). Görüşdə “Sabah”ın yeganə qolunu Əhməd Tarverdiyev vurub.
İkinci oyunda isə “Sabah” yerli “Saburtalo” komandasından olan həmyaşıdları ilə üz-üzə gəlib. Matç komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qollara Ramil Nurəhmədov və Tuncay Yusifli imza atıblar.
“Sabah”ın üzvü Əsgər Məmmədli turnirin ən yaxşı qapıçısı seçilib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub