Ölkə futbolu
“Sabah” “Samqurali”yə məğlub oldu
Gürcüstanda təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Ramin Quliyevin çalışdırdığı kollektiv yerli “Samqurali” ilə üz-üzə gəlib.
Bu qarşılaşma da “Zestafoni” təlim-məşq bazasında baş tutub. Oyun bakılıların minimal hesablı məğlubiyyəti ilə bitib.
“Sabah” bundan əvvəl Gürcüstanın digər klubu “Şukura” ilə qarşılaşmış və 1:0 hesabıyla qalib gəlmişdi.
Qeyd edək ki, “Sabah” iyulun 28-də “Saburtalo” ilə də yoxlama oyunu keçirəcək.
Yoxlama oyunu
23 iyul
Sabah – Samqurali 0:1
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?