Ölkə futbolu
“Sabah” “Sumqayıt”a qalib gəldi
“Sabah” və “Sumqayıt” klubları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Futbolinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən yararlanmağa çalışan kollektivlər Masazırdakı “Bank Respublika Arena”da qarşılaşıblar.
Beş qolun qeydə alındığı matç “Sabah”ın qələbəsiylə yekunlaşıb.
Yoxlama oyunu
28 mart
Sabah – Sumqayıt 3:2
Qol: Filip İvanoviç, 23. Slavik Alxasov, 56. Tiemoko Fofana, 76 – Mehdi Şərifi, 61; 90.
Komandalar meydana aşağıdakı start heyətləri ilə çıxıblar:
Sabah: Saşa Stamenkoviç, Slavik Alxasov, Filip İvanoviç, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Məhəmməd Mirzəbəyov, Mario Marina, Kevin Kubemba, Camal Cəfərov, Abdulla Xaybulayev, Ceyhun Nuriyev.
Sumqayıt: Aydın Bayramov, Vurğun Hüseynov, Höccət Haqverdi, Cəmaləddin Xocaniyazov, Mehdi Şərifi, Murad Xaçayev, Süleyman Əhmədov, Cabir Əmirli, Cavid İmamverdiyev, Elvin Məmmədov, Sənan Ağayev.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?