Ölkə futbolu
“Sabah” “Telavi”yə məğlub oldu
Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Telavi” komandası ilə qarşılaşıb. Gürcüstan təmsilçisi ilə görüş “Sabah”ın məğlubiyyəti ilə başa çatıb. Bakılıların yeganə qolunu Abdulla Xaybulayev vurub.
“Sabah” bundan əvvəl Gürcüstan toplanışında “Şukura”nı 1:0 hesabıyla məğlub edib. Komanda digər matçda “Samqurali”yə eyni hesabla uduzub.
Yoxlama oyunu
26 iyul
Sabah – Telavi 1:3
“Sabah”: Rüstəm Samiqullin, İdris İnqilablı, Amin Seydiyev, Arsen Ağcabəyov, Abdulla Rzayev, Şakir Seyidov, Veysəl Rzayev, Camal Cəfərov, Abdulla Xaybulayev, Samir Məhərrəmli, Mixeil Erqemlidze.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?