Premyer-liqa
“Sabah” üçün əlamətdar mövsüm
“Sabah” FK Misli Premyer Liqasının 2022/23 mövsümünü uğurla başa vurdu.
Futbolinfo.az xəbər verir ki, komanda çempionatı 2-ci pillədə başa vuraraq, tarixində ilk dəfə liqanın gümüş medallarını qazandı.
2022/23 mövsümü klub üçün daha bir neçə rekordla əlamətdar oldu:
– Komanda son mövsümdə 75 qola imza atdı ki, bu da klub tarixində ən yüksək göstəricidir.
– “Sabah” son mövsümdə qapısında cəmi 24 qol gördü. Bu, həm 2022/23 mövsümünün, həm də klub tarixinin ən yaxşı göstəricisidir.
– Komanda mövsümü 81 xalla başa vurdu ki, bu da klub tarixində rekord nəticədir.
– Son mövsümdə “Sabah”ın ev oyunlarını ümumilikdə 41650 tamaşaçı izlədi (orta hesabla hər oyuna 2313 tamaşaçı). Misli Premyer Liqasının XIV turunun “Bank Respublika Arena”da baş tutmuş “Sabah” – “Qarabağ” oyununu 10000 tamaşaçı stadiondan canlı izləyib. Bu, həm mövsümün, həm də klub tarixinin rekord göstəricisidir.
Misli Premyer Liqasının son mövsümündə bəzi şəxsi göstəricilərdə fərqlənən futbolçular:
Ən çox oyun keçirən (oyun sayına əsasən):
Coy-Lens Mikels və Davit Volkov(35 oyun)
Ən çox meydanda olan (dəqiqə olaraq):
Yusif İmanov (2970 dəqiqə)
Ən çox qol vuran:
Coy-Lens Mikels (17 qol)
Ən çox qol vuran (hər oyuna orta hesabla):
Aleksey Kaşuk (0,52)
Ən çox assist edən:
Coy-Lens Mikels (11 assist)
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı