Ölkə futbolu
“Sabah” yeni baş məşqçisini rəsmən açıqladı
“Sabah” klubunun yeni baş məşqçisi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra ispaniyalı mütəxəssis Visente Qomes çalışdıracaq. 48 yaşlı məşqçi ilə 2 illik müqavilə bağlanıb.
Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb.
“Sabah”ı son olaraq xorvatiyalı Jelko Sopiç çalışdırıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?