Premyer-liqa
“Sabah”da yeni rekordçu

Misli Premyer Liqasında XV tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Turan Tovuz”la qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.
Tovuz şəhər stadionunda keçirilmiş görüş “Sabah”ın müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub. Belə ki, “Sabah”ın heyətində 68-ci oyununu keçirən müdafiəçi, bu sahədə klubun tarixində mütləq rekordçu olub. Bundan öncə Amin komandanın sabiq qolkiperi Saşa Stamenkoviç (67) ilə şərikli lider idi.
Xatırladaq ki, Seydiyev “Sabah”ın heyətində yüksək liqada 64, ölkə kubokunda isə 4 matç keçirib.

Reklam
- Ölkə futbolu2023-01-30 20:07
“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı
- Ölkə futbolu2023-01-30 13:02
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”
- Premyer-liqa2023-01-30 09:00
“Sumqayıt” bu gün “Turan Tovuz”la qarşılaşır
- Ölkə futbolu2023-01-29 12:57
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim”