Digər idman növləri
“Sabah”dan FİBA Avropa Kubokunda ikinci qələbə!
“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda ikinci oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada yerli komanda “Rabotniçki” ilə üz-üzə gəlib.
İlk turda Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin yetirmələri bu dəfə də 83:81 hesablı qələbəyə seviniblər.
Qrupun digər görüşündə Rumıniya klubu “Rapid” “Donar”a (69:65) qalib gəlib.
A qrupunda yer alan “Sabah” sonuncu oyununu oktyabrın 5-də “Rapid”ə qarşı keçirəcək. Hər iki komanda ilk iki qarşılaşmasında qələbə qazandığından, budəfəki duel növbəti mərhələyə vəsiqə qazanmaq baxımından finala bərabər olacaq.