Premyer-liqa
“Sabah”ın 4 futbolçusu rəmzi komandada
Azərbaycan Premyer Liqasının 16-cı turunun rəmzi komandası məlum olub.
Futbolinfo.az PFL-ə istinadən xəbər verir ki, rəmzi heyətdə son turda “Qəbələ”ni 3:2 hesabıyla məğlub edən “Sabah”dan 4 futbolçu yer alıb:
Qapıçı: Saşa Stamenkoviç (“Sabah”) – 2;
Müdafiəçilər: Aylton Silva (“Qarabağ”) – 5, Filip İvanoviç (“Sabah”), İviça Juniç (“Qəbələ”) – 2, Maksim Medvedev (“Qarabağ”) – 3;
Yarımmüdafiəçilər: Elvin Cəfərquliyev (“Sumqayıt”), Xəyal Nəcəfov (“Sumqayıt”), Hendrik Ekşteyn (“Səbail”) – 3, Ozan Can Kökcü (“Sabah”) – 3;
Hücumçular: Ruslan Hacıyev (“Səbail”), Marko Deviç (“Sabah”).
Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayıdı.