Dünya futbolu
Sabitser Mançesterdə qalmaq istəyir
“Bayern”i “Mançester Yunayted”ə dəyişən Marsel Sabitser gələcəyi barədə danışıb. Qışda Almaniya təmsilçisindən icarəyə götürülən yarımmüdafiəçi, Premyer Liqada uzun müddət qalmağın təkcə ondan asılı olmadığını deyib.
Futbolinfo.az xəbər verir ki, mövsümün sonunadək müqavilə bağlayan Avstriya millisinin üzvü özünü İngiltərədə əla hiss etdiyini deyib: “Klubu, komandanı, “Old Trafford”dakı atmosferi çox sevirəm. Nə olacağını birlikdə görəcəyik”.
O, yeni çempionata uyğunlaşmqda çətinlik çəkməyib. Daim oynamaq istəyən yarımmüdafiəçi Münhendə tez-tez ehtiyata düşməsindən narazı idi. Marsel özünü sübut edə bilsə, yayda birdəfəlik transfer olunma arzusu reallaşa bilər.
Sabitserin “Bayern”lə 2025-ci ilin yayınadək müqaviləsi var.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?