Bizi izləyin

Layihə

Şah(ın) gedişi: indi onu daha çətin sınaq gözləyir

blank
blank

Transfer pəncərəsinin açıq olduğu dönəmdə təəssüf ki, azərbaycanlı futbol həvəskarları keçidlərlə bağlı yarana biləcək həyəcanı tam yaşamırlar. Bunun da səbəbi ölkə çempionatımızda çıxış edən klubların maliyyə gücü, agentlərin monopoliyası və yerli futbolçularımızın səviyyəsidir.

Avropanın bir sıra ölkələrində transfer pəncərəsi yeni seriyalarının çıxması gözlənilən seriallara bənzəyir. Sıravi azərbaycanlı azarkeş isə ingilisdən fərqli olaraq hər gün səs-küylü transfer xəbərindən təsirlənmir.

Balaca və kasad futbol ölkələri il ərzində bir-iki təsirli transferin mərkəzi olur. Ölkəmiz də bu qəbildən olduğuna görə diqqətçəkən keçidləri demək olar ki, görmək mümkün deyil.

Transfer pəncərələrinin də öz dəbi olur. Bu ilin əsas gündəmi Səudiyyə Ərəbistanı klublarının sağa-sola pul xərcləməsidir. Azərbaycan da belə dəblərdən yan keçmir. Bir neçə il əvvəl həmyerlilərimizin Türkiyənin 1-ci liqasına yollanmasının şahidi idik. Bu ilin əsas tendensiyası milli komandamızın oyunçularının müxtəlif xarici çempionatlara yollanmasıdır. Deyəsən , azərbaycanlı futbolçular arasında da inkişaf etmək istəyi artır. Bu, sevindirici haldır.

Belə bir tendensiyanın başqa səbəbi də ola bilər. Ölkə klublarımız yerli olduğuna görə futbolçulara layiq olduqlarından artıq müqavilə təklif etmirlər. Nəticədə isə futbolçu alternativ variantlar üzərində baş sındırır.

Bütün bunları yazmaqda məqsəd transfer pəncərəsinin son anlarında Şahruddin Məhəmmədəliyevin “Qarabağ”dan ayrılmasına münasibət bildirməkdir. Milli komandamızın qapıçısı son illərdə həm klubunda , həm də yığmada toxunulmaz idi. Bəlkə də bu toxunulmazlıq onun inkişaf etməsinin qarşısını aldı. Futbolçuya rəqabət mütləq lazımdır. Rəqabətsiz hətta ən böyük futbolçular belə inkişafdan qalırlar. Azərbaycan və xüsusilə də islam mentalitetini nəzərə alsaq , bizim futbolçuların rəqabətə daha çox möhtac olduğunu deyə bilərik.

Şahruddin, heç şübhəsiz, istedadlı qapıçıdır. Lakin son vaxtlar rəqabətin və ən əsası heyətdə yerini itirə bilmə qorxusunun olmaması onu bu hala gətirib çıxartdı. Bu hal isə elementar səhvlərin artması və komandaya ziyan verməsidir. Artıq Şahruddinin kobud səhvlərindən bir film düzəldə bilinəcək qədər epizodlar var. Bu isə qapıçı üçün yaxşı hal deyil.

“Qarabağ”, xüsusilə də baş məşqçi Qurban Qurbanov ictimaiyyətə açıqlamalarda qapıçını qorusa da, səbrin və dözümün də bir həddi olduğunu göstərdi. Son illərdə klubun Şahruddinlə itirdikləri qazandıqlarını ötüb. Bu da hər bir qəpiyi sayan və öz qazancı ilə (doğru da edən) yaşamaq siyasətini seçən klub üçün vacib məqamdır. Belə olan halda qeyri-rentabelli qapıçıdan qurtulmaq daha məqsədəuyğundur. Ağdam klubu da belə etdi.

Şahruddinin “Adana Dəmirspor”a keçidi həm qapıçı, həm də klub üçün göydəndüşmə oldu. Bir qədər əvvəl də vurğuladığımız kimi, Məhəmmədəliyev istedadlı qapıçıdır. Onun ən böyük bəlası rəqabətin olmaması və bir də psixologiyadır. Futbolda oyunçuları mövqeləri üzrə bölüşdürdükdə, psixoloji cəhətdən forvard və qapıçıların daha güclü olmağa məhkum olduqlarını görərik. Qapıçı müdafiəçi və yarımmüdafiəçi ilə müqayisədə mental cəhətdən daha güclü olmalıdır. Belə olmadıqda bütün karyera dağıla bilər. Tarixdə bir səhvdən özünə gələ bilməyib karyerası tənəzzülə gedən kifayət qədər qapıçı görmək mümkündür.

Şahruddinin də səhvlərinin çox olmasının səbəblərindən biri, bəlkə də etdiyi ilk səhvdən özünə gələ bilməməsi və ictimaiyyətin onu tənqid etməsidir. Burada günahı onu tənqid edənlərdə deyil , məhz elə Şahruddinin özündə görmək lazımdır. Güclü qapıçı olmaq istəyən psixolji cəhətdən hər bir şeyə hazırlıqlı olmalıdır. Sadaladığımız səhvlərlə yanaşı, Şahruddin Məhəmmədəliyevin üstün cəhətləri də çoxdur. Kifayət qədər səhv etməsinə baxmayaraq o, modern üslubda oynayan qapıçılardandır. Müasir dünyada ən dəyərli qapıçlar belə üslubda oynayırlar. Bu gün çərçivədə yaxşı durmaqdan əlavə güclü qapıçı ayaqla oynamağı bacarmalıdır.

blank

Məhz buna görə də belə keyfiyyəti olan qapıçılar daha böyük məbləğlərə transfer edilirlər. Son olaraq “Mançester Yunayted”in Andre Onananı almasını qeyd edə bilərk. Erik ten Haaq oyun üslubunu həyata keçirmək üçün ayaqla sıravi futbolçu kimi oynamağı bacaran qapıçıya ehtiyac duyurdu. Məhz buna görə “İnter” klubuna böyük məbləğ ödənildi.

Əslində, dünya futbolunda bu gün öndə gedən mütəxəssislər belə qapıçıları heyətə cəlb edirlər. Bu dəbi də müasir futbola Xosep Qvardiola gətirib. Katalon mütəxəssis üçün Ederson təkcə qapıçı yox, həm də oyun qurucusudur.

Şahruddində də belə cizgilər var. Ancaq təəssüf ki, səhvlər də kifayət qədərdir. Həm də Azərbaycan azarkeşinin heç də hamısı hələlik belə futbolu anlaya bilmir. Ümid edirik ki, millimizin qapıçısı Adanada yüksək səviyyəyə qalxa və səhvlərdən qurtula biləcək. Getdiyi komandada ciddi rəqabət var. Komandanın əsas qapıçısı Bosniya və Herseqovinadan olan Zoran Karaçiçdir. Fikrimizcə, Şahruddin onu əsas heyətdən sıxışdırmaq iqtidarındadır. Bunu etmək elə də çətin olmamalıdır. Ən çətini sonradan arxayınlaşmanın qurbanına çevrilməyib səviyyəni qoruyub saxlamaqdır.

Komandanın baş məşqçisi əfsanəvi Patrik Klyuvertdir. Doğrusunu desək, onun Adanada çox qalacağı inandırıcı görünmür. Səbəbi Patrikin iddiaları yox, əvvəlki baş məşqçi Vinçentso Montelladan zəif olmasındadır. Klub prezidenti Murat Sancak Adana bölgəsinin insanları kimi çox temperamentli və səbrdən uzaq adamdır. Buna görə də Şahruddin qarşıda hər şeyə hazır olmalıdır.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Layihə2023-09-11 12:11

Şah(ın) gedişi: indi onu daha çətin sınaq gözləyir

blank
Ölkə futbolu2023-09-11 11:54

“Növbəti mövsüm ÇL oyunları Bakıda keçirilə bilər” – Klub prezidenti

blank
Milli komanda2023-09-11 11:40

Karrasko Bakıda vurduğu qoldan danışdı

blank
Milli komanda2023-09-11 11:29

Millimizin Rumıniya və Niderlandla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2023-09-11 11:14

“Kür” Rusiya millisinin sabiq məşqçisinə tapşırıldı

blank
Digər idman növləri2023-09-11 11:00

Azərbaycan yığması beynəlxalq turnirin qalibi oldu

blank
Digər idman növləri2023-09-11 10:45

Azərbaycan yığmasından AÇ-də gümüş medal

blank
I Liqa2023-09-11 10:35

“Mingəçevir” üçün yeni sponsor

blank
Dünya futbolu2023-09-11 10:20

“Ayaks”da daha bir van der Vaart

blank
Milli komanda2023-09-11 10:02

“Qəbələ”nin oyunçusu millimizə rəqib ola bilərmiş

blank
Dünya futbolu2023-09-11 09:47

Potterə yeni təklif

blank
Digər idman növləri2023-09-11 09:29

Cokoviç iki rekordu yenilədi

blank
Milli komanda2023-09-11 09:14

De Byazi Lukakunu yırtıcı kimi görüb

blank
Milli komanda2023-09-11 09:05

Mürəkkəb meydanda çətin oyun – Onana Mərdəkandakı matçı dəyərləndirdi

blank
Dünya futbolu2023-09-11 08:47

AÇ-2024: Xorvatiya Ermənistana, Portuqaliya Lüksemburqa qarşı

blank
Dünya futbolu2023-09-11 08:30

Rubiales istefa verdi

blank
Dünya futbolu2023-09-11 08:15

Bundestimdə görünməmiş olay: qovulanı Naqelsmann əvəz edə bilər

blank
Digər idman növləri2023-09-11 08:00

Sürpriz, amma layiqli çempionluq

blank
Dünya futbolu2023-09-11 00:48

Niderland yığmasından İrlandiya üzərində əzmkar qələbə

blank
Digər idman növləri2023-09-11 00:14

Almaniya dünya çempionu oldu

blank
Dünya futbolu2023-09-10 23:39

“Mançester Yunayted” də Antonini komandadan kənarlaşdırdı

blank
Milli komanda2023-09-10 22:36

Azərbaycan – İordaniya: Açıq məşq və mətbuat konfransı

blank
Ölkə futbolu2023-09-10 22:05

“Şəki Siti”dən darmadağın, “Şahdağ Qusar”dan inamlı qələbə

blank
Milli komanda2023-09-10 21:42

Höccət Haqverdi Azərbaycan millisinin düşərgəsini tərk etdi

blank
Dünya futbolu2023-09-10 20:26

Flik Almaniya millisindən qovuldu

blank
Ölkə futbolu2023-09-10 19:53

“Qəbələdə oynamaqda məqsədimiz komandanı səfərdə sınamaq idi”

blank
Ölkə futbolu2023-09-10 19:16

“Qəbələ”dən “Araz-Naxçıvan”la heç-heçə

blank
Dünya futbolu2023-09-10 18:28

“Vilyarreal”ın yeni baş məşqçisi bilindi

blank
Milli komanda2023-09-10 17:40

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2023-09-10 16:45

“Tovuz” Regional Voleybol Klubunun təqdimat mərasimi keçirildi

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

blank
Ölkə futbolu2023-08-09 17:14

“Növbəti mərhələyə ilk addımı birlikdə ataq!” – VİDEO

Facebook

Gündəm