Digər idman növləri
Şahmat olimpiadasına hazırlıq başladı
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Bakıda toplanışa başlayıb.
Futbolinfo.az xəbər verir i, 10 günlük hazırlıqda millinin üzvləri – Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva iştirak edir.
Milli komandaya ümumdünya şahmat olimpiadasına hazırlıqda Belarus şahmatçısı, beynəlxalq usta, məşqçi Mixail Şereşevski, beynəlxalq qrossmeysterlər Nicat Məmmədov, Rəsul İbrahimov, Cahangir Ağarəhimov və Abdulla Qədimbəyli kömək edir.
Bakıda başlayan toplanış Qalaltıda bir neçə günlük hazırlıqla yekunlaşacaq.
Ümumdünya Şahmat Olimpiadası Hindistanın Çennay şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək olimpiada avqustun 10-da yekunlaşacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq