Dünya futbolu
Salah və van Dayk “Liverpul”u tərk etməyəcək
“Liverpul” Məhəmməd Salah və Vircil van Daykı heyətdə saxlamağa əzm göstərir. Baş məşqçi Yürgen Kloppun mövsümün sonunda gedəcəyini anons etməsindən sonra futbolçuların da komandadan ayrılacağı şayiələri dolaşmağa başlayıb. Lakin rəhbərlik nəyin bahasına olursa-olsun liderləri qoruyub saxlmağa çalışır. Əsas məqsəd yeni baş məşqçinin gəlişi zamanı komandanın bünövrəsinin güclü olmasını təmin etməkdir.
Hər iki futbolçunun gələn yaya qədər “Liverpul”la sözləşməsi var. Futbolçular azarkeşləri sakitləşdirərək komandadan ayrılmayacaqlarını bildiriblər.
Xatırladaq ki, Məhəmməd Salahın Səudiyyə Ərəbistanından ciddi təklifi var. Ərəblər liqanın daha da populyarlaşması üçün Salahı prioritet transfer kimi görürlər.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var