Premyer-liqa
Samir Abasov: “Qələbə üçün hər şeyi etdik”
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Həyəcanlı oyun keçdi. Hər saniyədə oyunun taleyi həll oluna bilərdi. Hər iki komanda uduzmamaq istəyi ilə meydana çıxmışdı. Qol imkanlarımız az oldu. Daha da artırıb, yaxşı komanda görəcəyik.
- Qələbə qazanmaq üçün hər şeyi etdiz?
- Risk yox idi. Rəqib həddindən artıq sıx və qol buraxmamaq üçün oynadı. Bu vəziyyətdə onların qapısına getmək çətin idi. Qələbə üçün hər şeyi etdik. Düzdür, bəzi şeylər alınmadı. Bu, futboldur.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…