Dünya futbolu
Serxio Ramos əməliyyat olundu
Madrid “Real”ının müdafiəçisi Serxio Ramos əməliyyat olunub.
Futbolinfo.az xəbər verir ki, İspaniya nəhənginin kapitanı sol dizindəki problemlərlə əlaqədar cərrahi müdaxiləyə ehtiyac duyub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçunun əməliyyatının uğrulu keçdiyi bildirilsə də, onun dəqiq nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.
İspaniya mətbuatı isə Ramosun azı iki ay yaşıl meydanlardan uzaq qalacağını yazır.
Serxio Ramos bu mövsüm meydana çıxdığı 18 oyunda 3 qola imza atıb. Təcrübəli futbolçu son olaraq yanvarın 14-də İspaniya Super Kuboku çərçivəsində “Atletik”ə qarşı keçirdikləri oyunda iştirak edib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç