Dünya futbolu
Serxio Ramos zədələndi
Bir müddət əvvəl PSJ-yə keçən Serxio Ramos zədələnib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
35 yaşlı müdafiəçi məşq zamanı sol baldırından zədələnib. İspaniyalı futbolçu bir həftə sonta məşqlərə başlayacaq.
Ramos avqustun 1-də “Lill”lə keçiriləcək superkubok oyununda komandasına kömək edə bilməyəcək.
Bir müddət əvvəl “Real”dan ayrılan Ramos PSJ-yə azad agent kimi keçib. O, Paris təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”