Dünya futbolu
“Sevilya”nın argentinalı futbolçusu ərəblərlə razılığa gəldi
“Sevilya”nın futbolçusu Ever Baneqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi “Əl Şabab” klubuyla razılıq əldə edib. Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin rəsmi saytı məlumat yayıb. Baneqa ilə 3 illik sözləşmə imzalanıb.
“Sevilya” ilə mövsümün sonuna qədər müqaviləsi olan 31 yaşlı futbolçu yeni komandasına yayda qoşulacaq. “Əl Şabab” Baneqa üçün “Sevilya”ya heç bir məbləğ ödəməyəcək.
Karyerası ərzində “Boka Xuniors”, “Valensiya”, “Atletiko”, “İnter” kimi klubların formasını geyinən Baneqa, 2017-ci ildə “Sevilya”ya transfer olunub. Yarımmüdafiəçi 65 dəfə də Argentina millisinin şərəfini qoruyub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?