Dünya futbolu
“Sevilya”nın hücumçusu “Ayaks”da
Niderlandın “Ayaks” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub İspaniya “Sevilya”sının hücumçusu Usama İdrissini heyətinə qatıb.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.
İdrissi 2020-ci ilin oktyabrında “Sevilya”ya transfer olunub. Mərakeş yığmasının üzvü bu mövsüm İspaniya təmsilçisində 12 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə Niderlandda “Qroningen” və “Alkmaar” klublarının da uğurları üçün çalışıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq