Dünya futbolu
“Sivasspor”da yeni müqavilə
Türkiyənin “Sivasspor” klubu yarımmüdafiəçisi İsaak Kofi ilə müqavilənin müddətini artırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Qanalı futbolçu ilə 2 illik yeni müqavilə imzalanıb. Tərəflər arasındakı müqavilə bu yaya qədər idi.
İsaak Kofi “Sivasspor”a 2019-cu ildə İspaniyanın “Sportinq” (Xixon) klubundan transfer edilib. 29 yaşlı futbolçu geridə qalan mövsümdə bu komandanın heyətində 32 matça çıxıb.
Qana millisində də oynamış İsaak Kofi, karyerası ərzində İtaliyanın “Cenoa”, “Torino”, “Pyaçentsa”, “Sassuolo”, “Kyevo” və “Karpi” klublarının da formasını geyinib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?