Digər idman növləri
Son çempionun seriyası qırıldı
MBA-da bu gecə 10 oyun keçirilib. Adətən evdə uğurla çıxış edən “Hyuston Rokets” komandası yenə də uğursuzluğa düçar olub. Onlar bu dəfə “Filadelfiya Siksers”ə məğlub olublar – 119:127.
Bu, komandanın ardıcıl üçüncü ev məğlubiyyətidir. Qonaqların heyətində Coel Embiidin yoxluğu da texaslılara kömək etməyib. Onun yoxluğunda Tayron Maksi 42 xal toplayıb. Hyuston komandasında Alperen Şengün 28 xal və 7 ribaundla oynayıb. Bu məğlubiyyətdən sonra “Rokets” turnir cədvəlində mövqeyni çətinləşdirib.
Digər oyunlar arasında “Denver Naggets”in məğlubiyyətini qeyd etmək lazımdır. Son çempionun seriyasını “Oklahoma-Siti Tander” qırıb. Lider “Boston Seltiks” Kanadanın yeganə təmsilçisi “Toronto Reptors”dan üstün olub.
Ceyms Hardenin gəlişindən sonra yükəslişə keçən “Los-Anceles Klippers” evdə “Memfis Qrizliz”i məğlubiyyətə uğradıb.