Bizi izləyin

Ölkə futbolu

Son dəqiqə qolunun ruhlandırdığı rəqiblə revanş

blank
blank

Qəribə vəziyyətlə üzləşmişik. 3 həftə əvvəl Kiprdə “Aris”lə oyunda faciəvi futbol oynayan “Neftçi”nin gələcək perspektivinə şübhə ilə yanaşırdıqsa, indi komandadan Avstriya nəhəngi “Rapid”i keçməyi tələb edirik. Hətta Bakıda “Aris” səddini adladıqdan sonra belə komandanın minimum vəzifəsini yerinə yetirdiyini, növbəti mərhələdə rəqibin adını nəzərə alıb belə desək, dilxoşluğa oynayacağını düşünürdük.

Hətta oyundan əvvəl ən nikbin azarkeşdən ən bədbin fanata qədər bu görüşdə komandanın 2:1 hesabı ilə qələbə qazanacağını söyləsəydilər, sevincimizin həddi-hüdudu olmazdı. Amma nə baş verdisə, “ağ-qaralar”ın vyanalıları Bakıda 2:1 hesabı ilə məğlub etdiyinə görə üzüldük. Son dəqiqələrdə “Neftçi”nin qapısında gördüyü qol bütün əhval-ruhiyyəmizi korladı.

Bir sözlə, 3 həftə ərzində “Neftçi” əvvəlcə pərişanlığı əks etdirən “qırmızı”, daha sonra həyat eşqini formalaşdıran “yaşıl”, bu dəfə isə “sarılığımızı udduğumuz” “sarı” rəngə boyandı. Bəli, işıqfor kimi rəng verib rəng alan “Neftçi”nin Vyanada işıqları tam sönə də, komanda mayak kimi parıldaya da bilər.

Bu komandadan nə gözləyəcəyimizi hələ də anlaya bilmirik. Amma görünən bir şey var: komanda inkişafdadır. Doğrudur, müdafiə planında nöqsanlar yetərincədir. Komandanın bəzi oyunçularının səviyyəsi hələ də aşağıdır. Əslində burada “hələ” sözü bir qədər yersiz çıxdı. Çünki bundan sonra bu futbolçulardan yüksək səviyyə gözləməyə dəyməz. Sadəcə, minimum səhvlərlə irəli getməyə ümid edirik. Hər halda, ötən həftə “Bakcell Arena”da izlədiyimiz oyunda bir şeyə əmin olduq ki, bu “Rapid”lə oynamaq, hətta onları mübarizədən kənarlaşdırmaq mümkündür.

Desək ki, “Rapid”in yalnız adı qalıb, “Neftçi”nin futbolçularının çəkdiyi əziyyətə kölgə salarıq. Amma Vyana klubunun da mükəmməl komanda olmadığını qəbul etməliyik. Əslində, oyundan əvvəlki “Rapid”ə həsr etdiyimiz yazıda komandanın yetərincə problemlərinin olduğunu qeyd etmişdik. Oyun yanılmadığımızı göstərdi. Amma məsələnin digər tərəfi də var. “Neftçi” Vyanada daha böyük çətinliklə üzləşəcək. Laurentsiu Regekampfın komandası qapısında görəcəyi bir qolla yenə “rəng verib, rəng ala bilər”.

Çılğın vyanalı azarkeşlər qarşısında hesabda geri olduqdan sonra toparlanmaq o qədər də asan məsələ olmayacaq. Ona görə də rumıniyalı mütəxəssis hər şeydən öncə rəqibin “vuracağı qolu kəsməlidir”. Bunun üçün nə etmək lazımdır? Necə hücum quraq?

“Qarabağ”ın “Ferentsvaroş”la oyunda hansı heyətlə meydana çıxacağı sualı ətrafında düşünməyə ehtiyac var idisə, Regekampfın “Rapid”lə görüşdə kimlərə güvənəcəyi haqda baş sındırmağa dəyməz. Bu mənada “Neftçi”nin heyəti “Qarabağ” qədər geniş deyil. Rege Bakıda kimlərə güvənmişdisə, elə o heyətə də şans verəcək. Sadəcə, bu oyunçular Bakıda etdiyi səhvləri təkrarlamamağa çalışmalıdır. Əslində, dildə demək asandır. Hər nə qədər də, bütün fövqəlqüvvələri köməyə çağırsaq da, heç nə Azər Salahlının və ya Mbodjun bu dəfə səhv etməyəcəyinə görə bizə zəmanət verə bilməz. Yenə də bu iki futbolçu ya yanlış mövqe seçimi ilə yadda qalacaq, ya da ötürmədə səhv edəcək. Əminliklə deyə bilərik ki, bundan qaça bilməyəcəyik. Amma məğlubiyyətdən qaça bilmək üçün “rıçaq”larımız mövcuddur.

“Neftçi”nin yeni transferləri Kenni Saifi ilə Ataa Cabeer əsl göydəndüşmə hədiyyədir. “Rapid” səddini adlayacağıqsa, bu, əsasən adıçəkilən iki oyunçunun xüsusi zəhməti sayəsində mümkün olacaq. Çünki Bakıdakı oyun göstərdi ki, avstriyalı yarımmüdafiəçi və müdafiəçilər onların sürətli reydlərinin qarşısını almaqda çətinlik çəkir. Təbii ki, Vyanada onlara qarşı xüsusi tədbirlər görməyə çalışacaqlar. Onların bunu nə dərəcədə bacaracağını söyləyə bilməsək də, o dəqiqdir ki, “ağ-yaşıllar” uzun müddət qol vura bilməsələr, bu iki futbolçu yaddan çıxacaq. Belədə əks-hücum üçün ələ yaxşı imkanlar düşəcək. “Neftçi”nin bu mənada “Qarabağ”dan fərqi ondadır ki, Regekampf Qurbanov kimi çox topu saxlamağa həvəsli deyil. “Rapid”i zərərsizləşdirmək üçün “topu saxlamaq” taktikası o qədər də uğurlu resept deyil. Rəqib sərt oyanamağı bacardığından belə məqamda “Neftçi”nin hücumlarının qarşısını alacaq. Bu mənada Regekampf məhz sürətli reydlərlə Ferdinand Feldhoferin komandasını şoka sala bilər.

Ümimiyyətlə, “Neftçi”nin irəlidə qərarlaşan 6 oyunçusunu qarışdırılan domino daşlarına bənzətmək olar. 90 dəqiqə boyunca bu 6 futbolçu tam olaraq yerlərini dəyişdirməsə də, həmahənglik planında rəqibin oyunçularını qaynadır. Məsələn, top sol cinahda Lavalda olarkən rəqibin oyunçuları onun cinahına meyllənirsə, o məqamda Emin Mahmudova və ya Eddi İsrafilova ötürülən top onların arxa xəttinin balansını pozur. Nəzərə alaq ki, Qodsvey Donyo da doğru olan yerə açılmaqla hər şeyi sözün yaxşı mənasında alt-üst edir. “Rapid”in futbolçuları Bakıda bu problemi çözməyə çalışınca, işləri çətinə düşdü. Vyanada da komanda bunu etməyi bacarsa, mərhələ adlamaq şansı yüksələcək.

Buna baxmayaraq, “Rapid”in hücumlarını zərərsizləşdirmək üçün “Neftçi”nin futbolçuları da çox işləməlidir. Xüsusən də uzaqdan zərbələrə diqqət yetirmək lazımdır. Bu mənada Marko Qrülldən ehtiyat etmək lazımdır. Regekampf Bakıda onun qarşısını almaq üçün tədbirlər görmüşdü. Bu işin davamını Avstriyada da gətirməliyik. Daha sonra Bernhard Tsimmerman və Anti Bayiçin cinah reydlərinin qarşısını almaq lazımdır. Azər Salahlının üstünə yük düşməməsi üçün Yusuf Laval və Ata Cabeer xüsusi fəallığı ilə seçilməlidir. Çünki bu cinahdan Quido Burqştallerin topla təmin olunması “ölüm hökmü” kimi bir şeydir.

“Neftçi”nin mərkəz müdafiəçiləri Solomon Kvirkveliya ilə Voislav Stankoviçin boy amilini nəzərə alan avstriyalılar Bakıdakı oyunda çox da asmalardan istifadə etmədi. Amma yerlə ötürmələrinin təhlükəli olduğunu gördük. Elə ani diqqətsizlik nəticəsində qapımızda da qolu gördük. Bu yöndə problemləri həll etməklə “Rapid”in planlarını pozmaq mümkündür.

Rəqəmlər və faktlar…

• “Rapid”in son illərdə avrokuboklarda səfər sindromu formalaşıb. Komanda rəqib meydanlarda keçirdiyi son 23 oyunun 16-da uduzub (6 qələbə, 1 heç-heçə). Evdə isə etibarlı görünür: son 10 matçda 6 dəfə qalib gəlib, 2 heç-heçə edib və cəmi 2 dəfə uduzub. “Rapid” avrokuboklarda son 11 görüşün 5-də qol vurmayıb.

ABBAS

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Ölkə futbolu2024-04-26 14:38

Yüksək Liqa təmsilçisi çempionatdan kənarlaşdırıldı

blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Ölkə futbolu2024-04-26 13:44

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

blank
Ölkə kuboku2024-04-26 13:30

“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək

blank
Premyer-liqa2024-04-26 13:17

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

blank
Digər idman növləri2024-04-26 13:00

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlandı

blank
Digər idman növləri2024-04-26 12:42

Formula 1 tarixinin ən böyük konstruktoru komandadan gedir

blank
Ölkə futbolu2024-04-26 12:25

Mahir Emrelidən milliyə dəstək, Hidayət Heydərova hədiyyə

blank
Müsahibə2024-04-26 12:11

Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”

blank
Dünya futbolu2024-04-26 11:54

Stadionun yanında bomba tapıldı

blank
Dünya futbolu2024-04-26 11:39

Dünyanın 10 ən yaxşı qapıçısı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm