Bizi izləyin

Ölkə futbolu

Sovet futbolunun liderlərinin süqutu: kimdir flaqman?

blank
blank

Azərbaycan uzun illər SSRİ-nin tərkibində olmasaydı, futbolumuzun bugünkü vəziyyəti necə olardı? Daha yaxşısı mümkün idimi, yoxsa nisbi inkişafımızda məhz sovet futbolunun böyük rolu olub?

Təəssüf ki, bu suallara konkret cavab vermək mümkün deyil. Bircə o dəqiqdir ki, Azərbaycanda köklü futbol klublarının sayı çox ola bilərdi. Doğrudur, 1991-ci ildə müstəqilliyimizi bərpa edəndən sonra yaranan klublar da sonradan tarixin yaddaşına köçdi. Kim bilir, bəlkə o dövrün klubları da tarixdə itib-batacaqdı.

Amma istər Azərbaycanda, istərsə də digər postovet ölkələrində sovet dövründə yaranan klubların çoxu hazırda yaşayır. Sanki SSRİ çempionatında mübarizə aparmış klublar tarixin təminatçısı kimi öz yerini qoruyur. Ən azı onların üzərinə düşən tozu silməyə cəhd edirlər, əzizləyirlər. Məsələ ondadır ki, sovet dövründə öz ölkəsninin flaqmanları olan klublar hazırda toz içindədirlər. Bəzi istisnaları nəzərə almasaq, demək olar ki, əksəriyyəti yeni yaranan və ya sonradan güc-qüvvə toplayanların kölgəsi altında qalıb.

Sovet dövründə Azərbaycan futbolunun lokomotivi olan “Neftçi” Qafqaz regionunun 3-cü ən güclü komandası olsa da, ölkəmizin yeganə qürur mənbəyi idi. Doğrudur, bir dəfə indiki Gəncəni təmsil edən “Dinamo” da güclülər dəstəsinə vəsiqə qazanmışdı. Amma bir il elitada oynayan bu komanda yenidən aşağı dəstəyə yuvarlandı. “Neftçi” isə elitada oynadığı müddət ərzində yalnız 1966-cı ildə bürünc medala sahib çıxdı. Qalan vaxtlarda təmsilçimiz elitada yerini qorumaq üçün mübarizə apardı və həmişə istəyinə çatmadı.

SSRİ dağıldıqdan sonra “Neftçi” ölkə çempionatında müxtəlif illərdə müxtəlif komandalarla tarixi rəqabətə girişdi. Əvvəllər Qərb bölgəsini təmsil edən “Turan”, “Kəpəz” və “Şəmkir”lə mübarizə aparan “Neftçi”, daha sonra “Xəzər Lənkəran”, “Bakı” və “İnter”ə əsas rəqib oldu. Amma onlar da “Neftçi”ni tam kölgə altına sala bilmirdi. Son illərdə səhnəyə çıxan “Qarabağ”sa “ağ-qaralar”ı ikinci plana ata bilib.

Bəs, başqa postsovet ölkələrində vəziyyət necədir?

Rusiya futbolundan daha ətraflı danışmaq olar. Təkcə elə Moskva komandalarının varlığı nəyə desəniz dəyər. Paytaxtın köklü klublarından yalnız “Lokomotiv”in SSRİ çempionu olmadığını nəzərə alsaq, digər klubların çəkisini tərəzisiz də ölçmək mümkündür. Təsəvvür edin ki, 1936-cı ilin yazından start götürən çempionatda (həmin ilin ayrıca payız çempionatı da keçirildi) 1961-ci ilə qədər ancaq Moskva komandaları qızıl medallara sahib çıxırdı. Söhbət “Dinamo”, “Spartak”, SDKA (indiki ÇSKA) və “Torpedo” klublarından gedir. Hərçənd bu komandalar arasında “avtozavodçular” yalnız 1960-ci ildə çempion olub. Digərləri isə bu müddət ərzində bir-biriləri yerlərini dəyişirdilər.

1961-ci ildə Kiyev “Dinamo”su Moskva klublarının hegemonluğuna son qoydu. Beləliklə, digər regionların komandalarının yolları açıldı və 3 il sonra Tiflis “Dinamo”su da bu siyahıya qoşuldu, ardınca başqaları da zirvəni fəth etdi. Moskva komandası olmayan Rusiya klublarından yalnız indiki Sankt-Peterburqu təmsil edən “Zenit” 1984-də qızıl medallara sahib çıxdı.

Bəli, söhbət hazırda “Qazprom”un maliyyə dəstəyi sayəsində Rusiya futbolunun liderinə çevrilən “Zenit”dən gedir. Hazırda piterlilərin son 4 ildə çempion olmasını nəzərə alsaq, sovet dövrünün köklü Moskva klublarının nələr keçirdiyini təsəvvür etmək çətin deyil. Rusiya müstəqil dövlətə çevrildikdən sonra Moskvanın “Dinamo” və “Torpedo” klubları aşağı dəstəyə belə yuvarlanıb, çempionluğu isə görməyiblər. Nazim Süleymanovlu “Alaniya”, “Lokomotiv” və “Rubin” bunu bacardığı halda, bu iki klub azarkeşlərini sevindirməyib. Digər nəhənglərə gəlincə, “Spartak” sonuncu dəfə 2017, ÇSKA isə 2016-cı ildə çempionluq sevinci yaşayıb.

Ukrayna bazarında çox var-gəl etməyə dəyməz. Hərçənd indiki vəziyyətdə Ukrayna futbolu deyəndə Kiyev “Dinamo”su və “Şaxtyor” yada düşürsə, SSRİ çempionatında vəziyyət tam fərqli olub. Yəni, o vaxt Ukraynanın ikinci ən güclü komandası kimi “Şaxtyor”un yox, “Dnepr”in adını çəkirdilər.  1983 və 1988-ci ildə SSRİ çempionu olan və tarix boyu Kiyev “Dinamo”su üçün oyunçular yetişdirən bu klub sovet dağıldıqdan sonra müstəqil Ukraynada öz varlığını göstərə bilmədi. Nə qədər də qəribə görünsə də, 2015-ci ildə Avropa Liqasının finalına yüksələn bu komanda Ukrayna çempionu ola bilməyib.

Dnepetrovsk təmsilçisinin bu müddət ərzində ən yaxşı nəticəsi isə 1993 və 2014-cü illərdə 2-ci yeri tutması olub. Bunu da anlamaq çətin deyil. Çünki Rinat Axmetovun “Şaxtyor”un səhmlərinə sahib çıxmasından sonra çempionatda məhz donetsklilərlə kiyevlilər qızıl medal uğrunda mübarizə aparır. Belə baxanda, heç “Dinamo” da son illər “şaxtaçılar”la ayaqlaşa bilmir. Təsadüfi deyil ki, son 12 ildə “Dinamo” yalnız 3 dəfə Ukrayna çempionu olub.

“Şaxtyor”dan söz düşmüşkən, SSRİ çempionatında bu komandanın ən yaxşı göstəricisi 1975 və 1979-cu illərdə gümüş medal olub. Yeri gəlmişkən, SSRİ çempionatında 13 dəfə çempion “Dinamo” və 2 dəfə də bu sevinci yaşayan “Dnepr”lə yanaşı, daha bir Ukrayna təmsilçisi qızıl medallara sahib çıxıb. Söhbət 1972-ci ildə çempion olan Voroşilovqrad “Zarya”sından gedir. Hazırda Luqanskı təmsil edən bu komanda Ukrayna çempionatında ən yaxşı halda 3 dəfə bürünc medal qazanıb.

Sovet dövründə Ukraynanın çempion olmayan digər sanballı komandası “Çernomorets” idi. Bəli, söhbət Əhməd Ələsgərovun 1974-cü ildə SSRİ çempionatında bürünc medal qazandırdığı Odessa klubundan gedir. Bu komandanın Ukrayna çempionatında ən yaxşı nəticəsi isə 1995 və 1996-cı illərdə gümüş medal qazanmağı oldu. “Metallist”i də unuda bilmərik. 1988-ci ildə SSRİ Kubokunu qazanan bu komanda güclülər dəstəsində mükafatçılar sırasına düşməyib. “Metallist” adı ilə komandanın SSRİ çempionatında ən yaxşı göstəricisi isə 1989-cu ildə 7-ci yer olub.  Ukrayna çempionatında da “Dinamo” ilə “Şaxtyor”un kölgəsində qalan xarkovlular 2-ci yerdən yuxarı qalxa bilməyib. O da 2012/13 mövsümündə baş verib.

Digər müttəfiq respublikalarda da vəziyyət oxşardı. “Ararat” “Pünik”in, “Nistru” “Şerif”in, Minsk “Dinamo”su BATE-nin kölgəsində qalıb. Zamanla bu ölkələrin də klublarına toxunacaq, flaqmanlığı əlindən alınanları xatırlayacağıq.

ŞAHSUVAR

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Digər idman növləri2024-04-14 13:20

Millimiz finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 13:00

Daha 4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə qoşulacaq

blank
Digər idman növləri2024-04-14 12:43

Komandalar iştirakçı sayının aşağı salınmasını istəyir

blank
Digər idman növləri2024-04-14 12:29

Monte-Karloda liderlər uduzdu

blank
Dünya futbolu2024-04-14 12:11

“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

blank
Digər idman növləri2024-04-14 12:00

Millimizin üzvü finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 11:30

Abasov yenə heç-heçəyə razılaşdı

blank
Digər idman növləri2024-04-14 11:00

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 7 medal

blank
Digər idman növləri2024-04-14 10:29

Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib

blank
Digər idman növləri2024-04-14 10:00

Millimiz Honqkonqda növbəti oyununa çıxır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm