Dünya futbolu
“Spartak” Vitoriyanı yola saldı, Vanoli ilə anlaşdı
Rusiyanın “Spartak” klubu baş məşqçi Ruy Vitoriyanı istefaya göndərib. Futbolinfo.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın Premyer Liqadakı uğursuz çıxışı səbəb olub. Baxmayaraq ki, paytaxt təmsilçisi Avropa Liqasının qrup mərhələsində uğurlu çıxış edib.
Moskva təmsilçisinin “sükan”ı Paolo Vanoliyə tapşırılacaq. Bu barədə “Sport Express” nəşri məlumat yayıb. İtalyan mütəxəssis Rusiya klubu ilə danışıqları davam etdirmək üçün Moskvaya gəlib. Tərəflər arasında yaxın zamanda rəsmi müqavilə imzalanacağı bildirilib.
Vanoli son olaraq İtaliyanın “İnter” klubunda məşqçi kimi çalışıb. O, daha əvvəl İtaliya yığmasında və “Çelsi”də də məşqçilik edib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”