Dünya futbolu
Srna Mudrikin Qrilişdən daha yaxşı olduğunu deyir
“Şaxtyor” bu mövsüm parlayan, Çempionlar Liqasındakı çıxışı ilə ilə diqqətləri üzərinə çəkən Mixail Mudriki satmaq istəyir. Amma donetsklilər onu ucuz qiymətə buraxmayacaq.
Futbolinfo.az xəbər verir ki, Ukrayna klubu transfer bazarında 40 milyon avro qiymət qoyulan 21 yaşlı cinah hücumçusunun daha böyük diqqətə layiq olduğu qənaətindədir. Hətta onun eyni mövqedə oynayan Cek Qrilişdən daha yaxşı olduğunu düşünürlər.
“Şaxtyor”un idman direktoru Daro Srna bu barədə Ukrayna mətbuatına danışıb: “Mudriki transfer etmək istəyən böyük məbləğ ödəməlidir. Əslində, bizim prezident onu satmaq istəmir, lakin qərarımızı dəyişsək, bizə daha ciddi təkliflə müraciət etməlidirlər. O, “Mançester Siti”nin 100 milyon avroya aldığı Cek Qrilişdən daha yaxşıdır”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…