Ölkə futbolu
Stuxliklə yeni müqavilə bağlandı, hakimlər üçün yeni mükafat təsis edildi
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, toplantıda Hakimlər Komitəsinin sədri Frits Stuxliklə bağlı qərar verilib.
Avstriyalı sabiq referinin sədr vəzifəsində müqavilə müddətinin uzadılması qərara alınıb. Həmçinin Hakimlər Komitəsinin vakant olan yerə üzvü vəzifəsinə Babək Quliyev təsdiq olunub.
Bundan başqa, hakimlər üçün “Tofiq Bəhramov mükafatı”nın Əsasnaməsi təsdiqlənib. Mükafat 2021/22 mövsümündən etibarən təqdim olunacaq.