Digər idman növləri
Sükerberq: “İlon döyüşmək istəmir”
Dünyanın ən varlı insanlarından biri Mark Sükerberq İlon Maskla döyüşün baş tutacağına inanmır. Onun sözlərinə görə, dünyanın ən varlı insanı sosial şəbəkə hesablarında yazmasına baxmayaraq, bu mənada ciddi deyil.
“Fikrimcə, İlon döyüşmək fikrində deyil. Ona görə də bu mövzunu bağlayıb öz işimizi davam etdirməliyik. Mən konkret vaxtla bağlı müraciət etdim. Dana Vayt (promouter) döyüşü xeyriyyə aksiyası etməyi təklif etdi. Əgər nəvaxtsa İlon belə bir döyüş keçirmək istəsə və təkliflərə razılıq versə, məni necə tapacağını bilir. Mən real variantlar haqqında düşünməyi xoşlayıram. Bu idman növünə ciddi yanaşan insanlarla iş görmək daha mənalıdır”, – deyə Sükerberq “Threads” sosial şəbəkə hesabında yazıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”