Ölkə futbolu
“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçildi
“Sumqayıt” Futbol Klubu Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə ECA-dan kluba rəsmi müraciət daxil olub.
Bildirilib ki, klub Birliyin 2023-2027-ci il tsikli üçün Assosiativ üzvlüyünə qəbul olunub.
Həmçinin qeyd olunub ki, “Sumqayıt” FK qurumun sentyabrda baş tutacaq Baş Assambleyasına dəvət olunacaq.
Məlumat üçün bildirək ki, Assosiativ üzvlərin ECA-nın Baş Assambleyasında iştirak etmək də daxil olmaqla, çox geniş hüquqları var. Onlar müxtəlif bölmələrə rəhbərlik üçün namizədlər irəli sürmək, səsvermələrdə iştirak etmək, həmçinin ECA-nın müxtəlif məşvərət orqanlarına (məsələn, İşçi qruplar) müraciət etmək hüququna malikdirlər.
Qeyd edək ki, 2008-ci ildən fəaliyyətə başlamış ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Birliyin hazırda 330 üzvü vardır ki, bu klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir.
Azərbaycan klublarından “Neftçi”, “Qarabağ” və “Qəbələ” hazırda qurumun üzvləridir.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”