Ölkə futbolu
“Sumqayıt” pul tapdı: Xəyalın gedişi Qurbaninin qalmasına şərait yaradacaq
“Sumqayıt” Əli Qurbanini heyətdə saxlamaq üçün əla imkan qazanıb. Büdcəyə gələn əlavə maliyyə iranlı hücumçunun tələblərini qarşılamaq üçün yetərlidi.
Futbolinfo.az xəbər verir ki, Konfrans Liqasında debüt edəcək bürünc medalçı heyətini qorumaq üçün səy göstərir. Baş məşqçi Ayxan Abbasovun bu baxımdan arzuları reallaşıb, yalnız Qurbaniylə bağlı problem var. Əli daha sərfəli təkliflər aldığından klubunu dəyişmək niyyətinə düşüb. Belədə “Sumqayıt” da ona əvəzedici axtarır.
Lakin gedişat bu həftə dəyişib. “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfovun “Neftçi”yə getmək ehtimalı artdığından “kimyaçılar” Əlinin maliyyə tələblərini böyük ölçüdə həll etmək imkanı qazanıb. Belə ki, bakılılar Xəyalın transferi üçün “Sumqayıt”a 100 min dollar ödəməyə razılaşıb. “Neftçi” baş məşqçisi Samir Abasovun israrla istədiyi yarımmüdafiəçi üçün maliyyə itkisinə qatlaşıb. Klublardan heç biri bizə məbləğlə bağlı təsdiq cavabı verməsə də, informasiyamız səhihdi.
Beləliklə, bu pul Əli Qurbanini saxlamaq üçün yetərli olacaq. Hətta iranlı qalmaq istəməsə, həmin məbləğə yaxşı hücumçu transfer etmək mümkünləşəcək. Hazırda “Sumqayıt” Nəcəfovun transferinin rəsmiləşməsini gözləyir ki, müvafiq addım atsın.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?