Ölkə futbolu
“Sumqayıt” Rusiya klubuna məğlub oldu
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Antalya hazırlığı çərçivəsində baş tutan görüşdə rəqib Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov” olub.
“Titanic Mardan” hotelinin idman kompleksində baş tutan qarşılaşmaya Bakı vaxtı ilə saat 15:30-da start verilib. “Sumqayıt” bu oyunda 0:1 hesablı məğlubiyyətə üzülüb. Samara təmsilçisi yeganə qolu 86-cı dəqiqədə vurub.
Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki ilk yoxlama oyununda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.
“Sumqayıt” sabah vətənə dönəcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub