Ölkə futbolu
“Sumqayıt” Super Liqa klubu ilə üz-üzə
Növbəti mövsümə Türkiyənin Ərzurum şəhərində davam etdirən “Sumqayıt” təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Samir Abasovun yetirmələri bu gün baş tutacaq ilk yoxlama oyununda Super Liqa təmsilçisi “Sivasspor”la üz-üzə gələcək.
“Yüksek İrtifa” məşq mərkəzinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) götürəcək.
Azərbaycan klublarından “Səbail” də bir neçə gün əvvəl “Sivasspor”la qarşılaşıb və 1:1 bərabərə qalıb.