Ölkə futbolu
“Sumqayıt” Türkiyədən qayıtdı, Serbiyaya gedir
Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” Ankara toplanışını başa vuraraq vətənə qayıdıb.
Futbolinfo.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv bu gün ev oyunlarını keçirdiyi stadionun köməkçi meydançasında məşqə də çıxıb.
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Çukariçki” ilə qarşılaşacaq komanda iyulun 19-da Serbiyaya yola düşəcək. Ayxan Abbasovun yetirmələri “Metropole Collection Belgrade” otelində məskunlaşacaq.
Qeyd edək ki, “Çukariçki” – “Sumqayıt” oyunu iyulun 21-də Belqradda keçiriləcək. Cavab görüşü isə ayın 29-da Sumqayıtda baş tutacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu