Ölkə futbolu
“Sumqayıt” Türkiyənin daha bir klubuna uduzdu
2021/22 mövsümünə hazırlığı Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri ötən mövsüm Türkiyə Super Liqasını 5-ci sırada bitirərək Avropa Konfrans Liqasında iştirak hüququ qazanan “Sivasspor”la qarşılaşıb.
Rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada “Sivasspor”un qollarına Mustafa Yatabare (50-ci dəqiqə) və Səfa Yılmaz (71-ci dəqiqə) imza atıb.
Xatırladaq ki, “Sumqayıt” daha öncə “Keçiörengücü” ilə qarşılaşmış və həmin oyunda da 1:2 hesabıyla uduzmuşdu.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?