Ölkə futbolu
“Sumqayıt”da serbiyalı müdafiəçi
2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub Serbiya U-21 millisinin üzvü Damyan Daniçiçi transfer edib.
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan transfer olunmuş 22 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
“Srvena Zvezda” klubunun yetirməsi olan Daniçiç karyerası ərzində, həmçinin Serbiyanın “Qrafiçar”, “Vozdovats”, Xorvatiyanın “İstra” və “Varazdin” klublarında çıxış edib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı