Ölkə futbolu
“Sumqayıt”da yeni müqavilə – RƏSMİ
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisində Rəhim Sadıxovla yeni sözləşmə bağlanılıb.
24 yaşlı futbolçunun 2020/21 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi daha 1 il müddətinə artırılıb.
Sadıxov 2019/20 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada 15 qarşılaşmada meydana çıxıb (1002 dəqiqə). Yarımmüdafiəçi Premyer Liqa və Azərbaycan Kuboku qarşılaşmaları da daxil olmaqla, ümumilikdə 5 qol vurub.
Qeyd eək ki, klub daha əvvəl Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovla müqavilənin müddətini uzadıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı