Ölkə futbolu
“Sumqayıt”dan ardıcıl 4-cü məğlubiyyət
Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” bu gün sonuncu yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Rumıniya təmsilçisi “Petrolul” ilə qarşılaşıb. “Sumqayıt” bu oyunda 0:2 hesabı ilə məğlub olub.
Beləliklə, “Sumqayıt” 2021/22 mövsümü üçün təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub. Komanda sabah vətənə qayıdacaq.
Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha öncə keçirdiyi sınaq matçlarından da məğlub ayrılmışdı. Abbasovun komandası “Keçiörengücü” ilə “Qaziantep”ə 1:2, “Sivasspor”a isə 0:2 hesabıyla uduzmuşdu.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı