Ölkə futbolu
“Sumqayıt”dan daha keyfiyyətli komandayıq”
Serbiyanın “Çukariçki” komandasının müdafiəçisi Miladin Stevanoviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında Azərbaycanda baş tutacaq cavab görüşündə yaxşı nəticəyə inandığını bildirib:
“İlk matçda oyuna nəzarət etsək də, sərfəli nəticə qazana bilmədik. Rəqibin qapısından bir və ya iki top keçirə bilərdik. Belqraddakı qarşılaşmada qələbəyə layiq olduğumuzu düşünürəm. Düzdür, Belqradda qolsuz heç-heçə etmişik. Amma düşünürəm ki, daha yaxşı çıxış edə bilərik. Növbəti mərhələyə vəsiqə qazanmağı səbrsizliklə gözləyirik. “Sumqayıt” Serbiyada istədiyi nəticəni əldə etsə də, cavab görüşü daha çətin keçəcək. Onlar təzyiqlə üzləşəcəklər. Heç nə bizim üçün problem yaratmamalıdır. Nə iqlim şəraiti, nə də səyahət edəcəyimiz ölkə bizə bəhanə olmalıdır. Rəqibi qiymətləndirməmək olmaz, amma biz daha keyfiyyətli komandayıq. Matç çətin keçəcək. Bir qol hər şeyi həll edə bilər. Əsas məqsəd növbəti mərhələyə adlamaqdır. Bu, əlavə vaxtda və ya penaltilər seriyasında da ola bilər”.
Qeyd edək ki, iyulun 29-da Sumqayıtda keçiriləcək cavab matçına saat 20:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…