Ölkə futbolu
“Sumqayıt”dan Türkiyə klubu ilə məhsuldar heç-heçə
2022/23 mövsümünə hazırlığını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” qardaş ölkədə ilk yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri Türkiyə 1-ci Liqa təmsilçisi “Bandırmaspor”la üz-üzə gəlib.
Boluda baş tutan qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə isə komandalar hərəyə 2 dəfə fərqləniblər. Yekunda matç 2:2 hesabıyla başa çatıb. “Sumqayıt”ın qollarını 58-ci dəqiqədə komandada yoxlanışda olan toqolu futbolçu Ouro-Nile Ture və 90-cı dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?