Ölkə futbolu
“Sumqayıt” Türkiyəyə gedir
2021/22 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” klubu iyunun 17-dən etibarən Sumqayıt şəhərində məşqlərə start verib.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, hazırlıq dönəminin birinci mərhələsi iyunun 30-dək davam edəcək. Ayxan Abbasovun yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. “Kimyaçılar” iyunun 30-da, saat 18:30-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.
“Sumqayıt” komandası hazırlıq prosesinin ikinci mərhələsini isə Türkiyənin Ankara şəhərində keçirəcək. İyulun 2-dən 16-dək Qızılcahamam bölgəsində yerləşən “Çam Hotel”də məskunlaşacaq komanda bu müddət ərzində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Rəqiblərin kimliyi və oyunların zamanı hələlik məlum deyil.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”