Dünya futbolu
Super Liqa klubu norveçli futbolçu ilə gücləndi
Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi norveçli yarımmüdafiəçi Fredrik Ulvestadı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Ulvestad peşəkar karyerasına yetirməsi olduğu “Olesund” klubunda başlayıb. O, sonralar “Bernli”, “Çarlton Atletik”, “Yurqarden”, “Qinqdao” klublarında da forma geyinib. Ulvestad Norveç yığmasında da 4 oyun keçirib. Bütövlükdə karyerası ərzində 267 matça çıxmış yarımmüdafiəçi, 39 qola imza atıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…